Dövlət mükafatı laureatı, səs rejissoru Əsəd Əsədov vəfat edib

Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, Prezident təqaüdcüsü Əsəd Əsədov vəfat edib.

Azpost.info bildirir ki, Əsəd Əsədov kinostudiyanın dublyaj şöbəsində səs rejissoru olub.

Əsəd Fərrux oğlu Əsədov 1 mart 1947-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib  100-ə yaxın bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur.

“Yaramaz” filminə görə dövlət mükafatı (1991), “Ailə” filmindəki işinə görə “ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq görülüb (2003). Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.