Ermənilərin Şuşanın Malıbəyli kəndindəki qədim məscidi təhqir etdikləri üzə çıxıb

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən məscidlərimizin ermənilər tərəfindən təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Şuşa rayonunun Malıbəyli kəndində XVII əsrdə tikildiyi ehtimal edilən Malıbəyli məscidinin də vaxtilə işğal altında olan digər məscid və abidələrimiz kimi heyvan ahırı qismində istifadə olunduğu aşkar edilib.

Qeyd edilib ki, Malıbəyli məscidinin minarəsi hələ 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən uçurdulub, tavanı bir neçə yerdən yandırılaraq yararsız hala salınıb. Dini, tarixi və mədəniyyət abidələrimizə qarşı törədilmiş bu vəhşilik erməni vandalizminin əyani sübutudur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.