Bank kartından oğurluq edən ata və oğul saxlanılıb

Əvvəllər məhkum olunmuş ata və oğlu saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, vətəndaşa məxsus bank kartından 3770 manatın oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.