İlon Mask insanlara çip qoyulması üçün hazırlıqlara başlayıb –Könüllülər axtarılır

İlon Maskın “Neuralink” şirkəti insan beyninə çip qoyulması üçün hazırlıqlara başlayıb. Bunun üçün şirkət könüllülər axtarır.

Azpost.info Bloomberg-ə istinadən bildirir ki, meymunlar üzərində aparılan təcrübələrin mənfi nəticələrinə baxmayaraq axtarışlar davam edir.

KİV-in məlumatına görə, artıq çip qoyulmasına razı olan minlərlə insan peyda olub. “Neoscope” portalı xəbər verir ki, çip qoyuluşunun hyata keçirilməsində robotların da iştirak edəcəyi açıqlanıb.

İlk implantasiyanın dəqiq tarixi hələ müəyyən edilməyib.

İnternetdə meymunlar üzərində aparılan belə təcrübələrin mənfi nəticələri barədə həyəcanlı məlumatları müzakirə edir. Rəsmi məlumatlara görə, son təcrübə zamanı bir neçə meymuna yeni çiplər implantasiya edilib, onlardan bəziləri “təqaüdə” göndərilib və yalnız birini evtanizasiya etməli olublar.

Eyni zamanda, çip implantasiya edildikdən sonra makakanın faciəli şəkildə ölümü və nəticədə beyin zədələnməsi ilə bağlı mətbuata məlumatlar sızıb. Mənfi təcrübəyə baxmayaraq, Maskın şirkəti insan beyninə çiplər yerləşdirməyə başlamaq planlarından əl çəkməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.