Bakıda mağazadan 80 min manatlıq mal oğurlanıb

Bakıda mağazadan oğurluq olub.

DİN-dən verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.