Azərbaycan xüsusi təyinatlıları Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsi “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan və Türkiyə Respublikasının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.