Şiə İraq İslami Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında Amerika və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçan aparatla zərbə endiriblər.
Bu barədə hərəkatın Telegram-kanalında dərc olunan mesajda deyilir.
Təşkilat Amerika bazasına zərbə endirməsini “düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab” kimi izah edib.
İraqın İslami Müqaviməti tərəfdarlarının fikrincə, PUA nəzərdə tutulan hədəfi vurub.