Bərdədə yas mərasimi olan evin döşəməsi çöküb –Ölən və xəsarət alanlar var (FOTO)

Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.

Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.

Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.

Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alanlardan biri xəstəxanada ölüb.

Məlumata görə, yas mərasimi olan ev köhnə tikilidir, evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb((apa).

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.