Gəncədə bacısını öldürən şəxs müharibə iştirakçısı və peşəkar idmançıdır

Xəbər verdiyimiz kimi, Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu Allahverdizadə peşəkar idmançıdır.
WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib və Şuşa, Füzuli və Qubadlının işğaldan azad edilməsinə görə medalları ilə təltif olunub. O, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.
Qeyd edək ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106 ünvanında baş verib. 2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz nahiyəsinin kəsilməsi səbəbindən vəfat edib. Gənc qızı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. (Qafqazinfo)
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.