Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi “Kanal 13” İnternet televiziyasının rəhbəri Əziz Orucovu 3 ay müddətinə həbs edib.
Bu barədə vəkil Aqil Layıc Turan-a məlumat verib.
İstintaq Orucovu dövlətə məxsus olan torpaq sahəsində qanunsuz ev tikməkdə ittiham edib.
Ə. Orucova qarşı 188.2-ci (mülkiyyət hüququ olmadan torpaq sahəsində özbaşına tikinti işləri aparma) maddə ilə ittiham irəli sürülüb. Bu maddə ilə o, 3 ilədək azadlıqdan məhrum oluna bilər.