“Bəzi qüvvələr Brüssel formatını pozmağı bacardılar” –POLİTOLOQ ŞƏRHİ

“Qranada görüşündən əvvəl rəsmi Bakının Brüssel formatına etirazı yox idi. Brüssel formatına etiraz etməməyimizin səbəbi onların tərəfsiz davranmaları idi. Nəzərə almaq lazımdır ki, bir neçə razılıq da məhz Brüsseldə keçirilən görüşlər nəticəsində əldə edildi. Hətta mənim müşahidələrimə görə, Azərbaycan tərəfi digər formatlardan fərqli olaraq, Brüssel formatına üstünlük verirdi. Amma sonda Avropadakı bəzi qüvvələr Brüssel formatını pozmağı bacardılar”.

Bu sözləri Azpost.info-ya açıqlamasında Bakı-İrəvan arasındakı sülh danışıqları prosesində Brüssel formatının bərpa olunmaq ehtimalından danışarkən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev deyib.

Politoloq bildirib ki, Brüssel prosesinin pozulmasından ən çox ziyan görən Ermənistan və Avropa oldu: “Avropa artıq vasitəçilik missiyasını itirmiş oldu. Qranada görüşündə verilən bəyanatlar və buna Bakının etirazı, baş verən proseslər göstərir ki, danışıqlarda Avropanın rolu yavaş-yavaş zəiflədi. İndi Avropa bu məsələdə paradoksla qarşı-qarşıyadır. Bir tərəfdən, Avropanın enerji, iqtisadiyyat və nəqliyyat baxımından Azərbaycana ehtiyacı var. Digər tərəfdən, Avropa Ermənistandan alət kimi istifadə edərək Cənubi Qafqazda geosiyasi rolunu artırmağa çalışdı. Gərginliyi artıran səbəblərdən biri də Avropadakı erməni lobbisi, ermənipərəst dairələr oldu. Bununla da Avropa Şurasının vasitəçilik missiyası kölgə altına düşdü”.

Anar ABDULLA

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.