Zəlimxan Məmmədli Haqq-Ədalət Partiyasının Ali Məclisinin sədri vəzifəsindən azad edilib.
Azpost.info bildirir ki, bu barədə HƏP Ali Məclisinin növbədənkənar keçirilmiş sessiyasında qərar verilib.
Partiya sədri Əli insanov İdarə Heyətinin iclasında bildirib ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli 25 noyabr 2023-cü ildə HƏP-in Nizamnaməsini kobud surətdə pozduğuna görə partiya sıralarından xaric edilib.
Onun Ali Məclisin sədri məsələsinə baxılması üçün Ali Məclisin növbədənkənar sessiyasının keçirilməsinə ehtiyac var.
Daha sonr o, Ali Məclisin çağrılmasını təklif edib.
HƏP Ali Məclisinin sessiyasının partiyanın Mərkəzi Qərargahında 2023-cü il noyabr ayının 30-unda keçirilib.
Bu sessiya Z.Məmmədlinin Ali Məclis sədri vəzifəsindən çıxarılmasına səs verib.
Zəlimxan Məmmədlinin partiyadan xaric edilməsi ilə bağlı onun yaxın qohumu (qaynı) Elşad Soltanlı və onun iş yoldaşı olmuş Nəzakət İsayevanın ərizələrinə baxılıb və öz arzuları ilə partiya sıralarından xaric edilməsi barədə İdarə Heyəti qərar qəbul edib.
Azpost.info