Lavrov Abdullahianla görüşüb- Nələri müzakirə ediblər?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Qəzza zolağı ətrafındakı vəziyyəti və İranın nüvə sazişinə qayıtmaq perspektivlərini müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Nazirlər Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Abdullahianın Moskvaya səfəri çərçivəsində görüşüblər.

“XİN rəhbərləri bir sıra aktual beynəlxalq mövzuları, o cümlədən Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti, İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının icrasının bərpası perspektivlərini, eləcə də bəzi regional məsələləri müzakirə ediblər”, – məlumatda bildirilir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.