İsrail Qəzzada yeni atəşkəs razılaşmasını mümkün sayır

“Qəzza zolağında qalan girovların azad edilməsi İsrail üçün prioritet məsələdir və yeni atəşkəs sazişi bağlana bilər”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” İsrail hökumətinin sözçüsü Eylon Leviyə istinadən məlumat yayıb.

Levi bildirib ki, 7 günlük atəşkəs zamanı HƏMAS silahlıları tərəfindən əsir götürülən 240-dan çox insandan 110-nu azad edib. Onun sözlərinə görə, hakimiyyət bütün girovların azad edilməsi üçün yeni müvəqqəti fasilənin mümkünlüyünü nəzərdən keçirməyə hazırdır.

Münaqişənin növbəti mərhələsi barədə danışarkən o, hava hücumlarının daha az, lakin HƏMAS bölmələri ilə yerüstü toqquşmaların daha çox olacağını deyib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.