ABŞ-ın sabiq prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları ilə görüşü zamanı Co Baydenin əqli qabiliyyətlərini ələ salmamağa çağırıb.
Azpost.info bildirir ki, bu barədə Fox News xəbər verir.
“Koqnitiv olaraq o, çox yaxşı vəziyyətdə deyil. Amma bu gülməli deyil, bu haqda zarafat etməməliyik. Bu ciddidir, biz nüvə silahına malikik. Bu, heç də gülməli deyil”, – Tramp bildirib.
Bununla belə, o, özünün də Baydeni dəfələrlə parodiya etdiyini və ələ saldığını inkar etməyib.
Tramp həmçinin Baydenin gələn il prezident seçkilərində iştirak edə bilməyəcəyini iddia edib. Tramp deyib ki, onun fiziki və əqli imkanları heç də yaxşı vəziyyətdə deyil.
Bundan əlavə, Tramp bildirib ki, Ağ Ev rəhbəri heç vaxt yaxşı formada olmayıb və hətta prezident seçilməzdən əvvəl onu “ən sarsaq senator” adlandırıblar.
Azpost.info