“Bakı həmişə hazırdır, İrəvan isə görünür, Qərbdən təklif gözləyir”- RUSİYA XİN

“Rusiya Ermənistan və Azərbaycana Moskvada və ya üçüncü ölkələrdə sülh müqaviləsi üzrə görüşə dəvət göndərib”.

Azpost.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Bakı həmişə iştiraka hazır olduğunu təsdiqləyib. İrəvan haqqında isə bunu demək olmaz.

“Bakı bizə həmişə danışıqlara hazır olduğunu təsdiqləyib. Təəssüf ki, eyni şeyi erməni tərəfdaşlarımız haqqında deyə bilmərik. Ola bilsin ki, onlar Vaşinqtondan, Brüsseldən, Parisdən olan yeni müşavirlərinin daha maraqlı, daha yaxşı, daha təsirli bir şey təklif edə biləcəyinə inanırlar”, – XİN rəhbəri deyib.

Zaxarovanın dediyinə görə, Qərb ölkələri başqa ölkələrin xalqlarının maraqlarından çıxış etməyəcək, onlar həmişə öz maraqlarını düşünürlər. “Bunu bütün əvvəlki təcrübələr göstərir”, – Zaxarova qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.