Abramoviç uşaqlarının pasportu ilə sanksiyalardan yayınmağa çalışıb- OCCRP-nin ARAŞDIRMASI

Rusiyalı milyarder Roman Abramoviçin iki övladı atalarının sərvətinin bir hissəsini özlərinə köçürmək və bununla da onu sanksiyalardan qorumaq üçün Litva pasportundan istifadə edib.

Azpost.info xəbər verir ki, bunu OCCRP-nin jurnalistlərinin araşdırması üzə çıxarıb.

Abramoviç 2022-ci ilin fevralından – Britaniya və ABŞ-ın Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə rus oliqarxlarına sanksiya tətbiq edəcəyi ilə hədələməsindən az sonra 7 övladının adına 4 milyard ABŞ dolları dəyərində əmlak köçürüb.

OCCRP müəyyən edib ki, uşaqlardan ikisi – 30 yaşlı Arkadi və 31 yaşlı Anna Abramoviçin “Grano Trust”ının yeni benefisiarları olduqdan sonra Litva vətəndaşları olublar.

Araşdırma müəllifləri qeyd edirlər ki, Abramoviçin “Grano Trust” səhmlərinin yarıdan bir qədər çoxunu təhvil verməsi Arkadi və Annaya 500 ən zəngin litvalının siyahısına daxil olmaq üçün kifayət qədər pul qazandırıb.

Fondun Anna və Arkadiyə köçürülməsi 2022-ci ilin fevral və mart aylarında baş verib. Qısa müddət sonra Böyük Britaniya və Avropa İttifaqı Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Belə bir sövdələşmə qeyri-qanuni deyil, lakin oxşar vəziyyətlərdə artıq vətəndaşlıqdan məhrumetmə halları olub.

2023-cü ilin payızında o da məlum oldu ki, Abramoviç və onun keçmiş həyat yoldaşı Darya Jukova Kipr ofşorunda sanksiyalardan gizlətdikləri ümumi dəyəri 962 milyon dollar olan 369 rəsm kolleksiyasına sahibdirlər. Milyarderin rəsm kolleksiyasına onlarla dünya şedevrləri daxildir. Kolleksiyanın harada yerləşdiyi bilinmir, lakin çox güman ki, sanksiyalar qüvvədə olduğu müddətdə sərgilənməyəcək.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.