“ABŞ Ukraynaya yardımı davam etdirəcək”- KİRBİ

ABŞ prezidenti Co Bayden G7-dəki həmkarlarını Vaşinqtonun Kiyevə yardımı davam etdirmək niyyətini çatdıracaq.

Azpost.info xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.

“Prezident Bayden bu gün virtual olaraq G7-nin digər liderləri ilə görüşür. O, Ukraynanı dəstəkləmək öhdəliyimizi vurğulayacaq, xüsusən də bu təhlükəli qış aylarına girdiyimiz vaxtda”, – Ağ Ev rəsmisi bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.