Avstraliya 13 rusiyalıya qarşı sanksiya tətbiq edib

Avstraliya rusiyalı müxalif siyasətçi və publisist Vladimir Kara-Murzanın cinayət təqibində və zəhərlənməsində əli olduğu iddia edilən 13 rusiyalıya qarşı sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq bildirib.

Onun sözlərinə görə, həmin şəxslərə maliyyə məhdudiyyətləri və ölkəyə giriş qadağası qoyulacaq.

Kara-Murza dövlətə xəyanətdə, Rusiya Silahlı Qüvvələri haqqında yalan xəbərlər yaymaqda və arzuolunmaz təşkilatda iştirak etməkdə ittiham olunaraq 25 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist heç bir bənd üzrə təqsirini etiraf etməyib. Dekabrın 1-də məlum olub ki, o, xarici agentin fəaliyyəti haqqında məlumat vermədiyinə görə 50 min rubl cərimələnib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.