“Qərb maliyyə dəstəyi verməyə davam etməsə, ukraynalılar ölüm təhlükəsi ilə üzləşəcəklər”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya bildirib.
O bu barədə respublikaçı senatorların Kiyevə dəyəri 60 milyard dollardan çox olan yardım layihəsini bloklamasından sonra danışıb.
“Bizim həqiqətən köməyə ehtiyacımız var. Sadə sözlə desək, yorulmaq olmaz, çünki yorulsaq, öləcəyik. Dünya yorulsa, sadəcə ölməyimizə icazə vermiş olacaq. Kömək etmək ehtirasının sönməsinin əlamətlərini görmək bizi ağrıdır. Bizim üçün bu, həyat məsələsidir. Buna görə də bunu görmək çox ağırdır”, – Zelenskaya deyib.
Azpost.info