Fələstin prezidenti Mahmud Abbas BMT Təhlükəsizlik Şurasında humanitar səbəblərdən Qəzza zolağında atəşkəs tələb edən qətnamə layihəsinə səsvermə zamanı ABŞ-ın tutduğu mövqeyi pisləyib.
Azpost.info xəbər verir ki, Fələstin lideri Vaşinqtonun mövqeyini aqressiv adlandırıb.
“Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında veto qoyması onu İsrailin müharibə cinayətlərinə, soyqırıma və etnik təmizləməyə şərik edir”, – M.Abbas deyib.
Dekabrın 8-də Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Fələstin-İsrail münaqişəsi zonasında atəşkəsin yaradılmasını tələb edən BƏƏ-nin hazırladığı humanitar qətnamə layihəsini bloklayıb.
Azpost.info