Moskvada “Adidas” və “Reebok” məhsullarının satılacağı ilk ASP mağazası açılıb.
Azpost.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Satış məntəqəsi “Adidas” və “Reebok” brendlərinin mallarını satır. Bu şirkətlər Rusiyanı 2022-ci ildə tərk etmişdilər.
“Hazırda mağazada 768 məhsul var, çeşid bir qədər genişlənəcək, lakin brendlərin sayı dəyişməz qalacaq”, – mağaza rəhbərliyi deyib.
Mağazanın pərakəndə satış sahəsi 1014 kvadratmetrdir.
Azpost.info