Finlandiya Rusiya ilə sərhəddə üç böyük keçid məntəqəsini açmağı planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə Finlandiyanın “İlta-Sanomat” qəzeti yazıb.
Söhbət “Vaalima”, “Nuijama” və “İmatra” keçid məntəqələrindən gedir. Onların dekabrın 14-də açılması gözlənilir.
Finlandiya hökuməti məsələ ilə bağlı qərarını yaxın saatlarda açıqlayacaq.
Hazırda qaçqın axını ilə əlaqədar Finlandiya hakimiyyətinin qərarı ilə Rusiya ilə sərhəddəki bütün sərhəd-keçid məntəqələri bağlanıb. Baş nazir Petteri Orpo mövcud vəziyyətə görə Rusiyanı günahlandırıb.
Azpost.info