“İrəvan və Bakı arasında danışıqlar üçün Rusiya platforması səmərəsiz ola bilər, çünki üç ölkə liderinin Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı 9 noyabr 2020-ci il bəyanatının bəndləri pozulub”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sargis Xandanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin bu məsələ ilə bağlı narahatlığı təbiidir: “Rusiya 9 noyabr bəyanatının qarantı idi və təəssüf ki, bu gün biz elə bir vəziyyətdəyik ki, bu bəyanatın ermənilərin təhlükəsizliyi ilə bağlı əsas fundamental məsələləri həyata keçirilməyib”.
Azpost.info