“Polşa Belarusda terror aktları törətməyə hazırlaşır”- Təhlükəsizlik Komitəsi

“Polşa Belarus ərazisində obyektləri ələ keçirmək və terror aktları törətmək üçün yeddi qrup hazırlayır”.

Azpost.info xəbər verir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel bildirib.

Onun sözlərinə görə, qruplardan biri Belostokda təlim keçir. Ona Hərbi Akademiyada təhsil alan, sonra xaricə qaçan Belarus vətəndaşı rəhbərlik edir.

Tertel Polşa, Ukrayna və Baltikyanı ölkələrdəki həmkarlarına məsələ ilə bağlı xəbərdarlıq edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.