Putin Qəzzadakı vəziyyəti fəlakət adlandırıb

Vladimir Putin Qəzza zolağındakı vəziyyəti fəlakət adlandırıb.

Azpost.info xəbər verir ki, birbaşa xətt zamanı Rusiya prezidenti Qəzzada insanlara kütləvi humanitar yardımın göstərilməsinə çağırıb.

Onun sözlərinə görə, Rusiya Qəzza zolağına dərman və tibbi avadanlıq tədarükünü artıracaq.

Putin bildirib ki, Fələstin-İsrail nizamlanması üçün fundamental əsaslar yaratmaq lazımdır. Onun sözlərinə görə, BMT-nin Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarının icrası vacibdir.

Vladimir Putin həmçinin Qəzzadakı vəziyyətin nizamlanmasında Ərdoğanın aparıcı rolunu qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.