“Biz birgə, vaxtında və effektiv cavab verəcəyik”- Rusiya lideri

“ABŞ təxribat törədir, Asiyada vəziyyəti qızışdırır, yeni hərbi-siyasi bloklar yaradır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putin qeyd edib ki, Moskva və Pekin hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edir, lakin heç bir blok yaratmır: “Bizim dostluğumuz üçüncü ölkələrə qarşı deyil, özümüzə xeyir vermək məqsədi daşıyır. Qərbdə hamı kiməsə qarşı dost olmağa çalışır. Biz bunu yaxından izləyirik. Biz birgə, vaxtında və effektiv cavab verəcəyik. Buna heç kimin şübhəsi olmamalıdır”.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.