Almaniya kansleri Olaf Şolts Macarıstan Baş naziri Viktor Orbanı Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələr zamanı kofe içmək üçün zalı tərk etməyə dəvət edib.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.
Nəşrin məlumatına görə, Şolts bunu məsələnin üç saatlıq müzakirəsindən heç bir nəticə vermədikdən sonra edib. Aİ liderləri Orbanın yoxluğunda Ukrayna ilə danışıqlara başlamaq qərarına gəliblər.
Nəşrdə qeyd edir ki, Orban dəfələrlə Ukraynanın Aİ-yə daxil olmasına başlamaq qərarını əngəlləyəcəyini vəd edib. Bu dəfə də o, ölkənin ittifaqa üzvlük kriteriyalarına cavab vermədiyini təkid edib.
Şoltsun bu fəndi Aİ liderləri arasında təəccüb doğurdu, lakin müvafiq qərarın qəbul edilməsinə imkan verib. Aİ qaydaları bunu rəhbərlərdən birinin yoxluğunda etməyə imkan verir.
Bu günlərdə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa liderlərinin Ukrayna və Moldova ilə onların Aİ-yə daxil olması məsələsi ilə bağlı danışıqlara başlamaq qərarına gəldiyini açıqlamışdı. Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstana da Aİ-yə namizəd statusunun verilməsinə razılıq verib.
“Danışıqların başlama tarixi hələ müəyyən edilməyib”, – Aİ sammiti zamanı mənbə jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu, mart ayında baş verə bilər, əgər o vaxta qədər Aİ Şurası Avropa Komissiyasının danışıqlar aparmaq mandatını təsdiqləsə.
Azpost.info