Avropa liderləri Ukraynanın Avropa İttifaqına qəbulu ilə bağlı rəsmi danışıqlara başlamaq barədə razılığa gəliblər.
Azpost.info xəbər verir ki, bu barədə sammitdəki vəziyyətlə tanış olan mənbələr “Bloomberg”ə bildirib.
Bununla belə, liderlər növbəti 4 il ərzində 50 milyard avroluq iqtisadi yardımın ayrılması ilə bağlı razılıq əldə edə bilməyiblər.
“Onlar Macarıstanın Baş naziri Viktor Orbanın müqavimətini dəf edə bilməyiblər, Kiyevə maliyyə dəstəyi ilə bağlı danışıqlara növbəti cəhd yanvarda edilə bilər”, – mənbə qeyd edib.
Azpost.info