Mark Zukerberq Havay adasında yeraltı bunker inşa etdirir- 270 milyon dollar xərcləyəcək

Zuckerberg
Zuckerberg

“Meta”nın sahibi Mark Zukerberq Havay adasında yeraltı bunker inşa etdirir.

Azpost.info xəbər verir ki, 500 kv.m sahəsi olan yaşayış kompleksi elektrik generatoru, xilasetmə lyuku və partlamaya davamlı qapı ilə təchiz olunacaq.

Zukerberqin yeraltı bunkerinin tikintisi ciddi məxfilik şəraitində aparılır. İşçi qruplarının bir-biri ilə əlaqə saxlaması qadağandır, bütün inşaatçılar məlumatların açıqlanmaması haqqında saziş imzalayıblar.

Kompleks elektron idarəetmə sistemi, səs izolyasiyası və qonaq evləri ilə təchiz olunacaq. Bunker tunellə birləşən iki malikanədən ibarətdir. Birində Zukerberq və ailəsi, digərində isə binaya gələn qonaqlar yerləşəcək.

Bunker 270 milyon dollara başa gələcək.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.