ABŞ Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ bilməyəcəyini bilir.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hətta Qərbin dəstəyi ilə də Kiyev heç vaxt Rusiyanın potensialının öhdəsindən gəlməyəcək.
“Siz onlara deyirsiz ki, get öl. Narahat olma, sənə kifayət qədər pul və silah verəcəyik, amma sən gedib ölməlisən. Siz də yaxşı bilirsiniz ki, onlar qalib gələ bilməzlər”, – Peskov deyib.
Peskov həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyət ABŞ və Rusiya arasında hibrid müharibədir. O, ABŞ-ı Kiyevi dəstəkləməkdə öz məsuliyyətini dərk etməyə və Vaşinqtonun yalnız münaqişəni uzatdığını başa düşməyə çağırıb.
Azpost.info