Keçmiş ABŞ prezidenti Donald Trampın şəriki və vəkili Rudi Culiani seçkiyə müdaxilə etdiyi üçün Gürcüstanın iki seçki məmuruna 148 milyon dollardan çox təzminat ödəməlidir.
Azpost.info xəbər verir ki, qərarı Vaşinqtonda münsiflər heyəti qəbul edib.
“Politico” yazır ki, 10 saatlıq müşavirədən sonra hökm çıxarılıb. Səkkiz nəfərdən ibarət münsiflər heyəti Culianiyə seçki bülletenlərini saxtalaşdırmaqda ittiham etdiyi seçki rəsmisi Rubi Freeman və qızı Şey Mosa ümumilikdə 32 milyon dollar, həmçinin mənəvi ziyana görə hər birinə 20 milyon dollar ödəməyi tələb edib.
Qərar həmçinin Trampın tərəfdaşından 75 milyon dollar cərimə ödəməsini tələb edir ki, bu da onu gələcəkdə oxşar böhtan xarakterli hücumlardan çəkindirmək məqsədi daşıyır.
“Politico”nun məlumatına görə, 79 yaşlı Culiani ağır maliyyə sıxıntısı yaşayır. Məhkəmənin əvvəlində Trampın əməkdaşının vəkili dedi ki, on milyonlarla dollar təzminatla bağlı qərar onun müştərisi üçün ölüm cəzasının mülki ekvivalenti olacaq. Ona görə də Friman və Mosa vəsaitin ödənilməsi sual altında qalır.
Azpost.info