Küveyt Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib.
Azpost.info xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” kanalı məlumat yayıb.
Əmirin ölüm səbəbi açıqlanmır.
Əmir qardaşı Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ölümündən sonra 2020-ci ilin sentyabrından bəri hakimiyyətdə idi. 2006-cı ildən ənənəni pozaraq Küveytin vəliəhd şahzadəsi təyin edilmişdi. Qardaşının həyatının son aylarında o, ölkənin faktiki hökmdarı idi. Şeyx Nəvaf hakimiyyətə gəldiyi zaman bəşəriyyət tarixində ən yaşlı monarx oldu. Onun dörd oğlu və bir qızı olduğu qeyd edilir.
“Əl-Cəzirə”nin məlumatına görə, ötən ay Əmir səhhətində yaranan təcili problem səbəbindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ilə bağlı başqa təfərrüatlar açıqlanmayıb.
Küveytin onuncu Əmiri Əhməd əl-Cabir əs-Sabahın altıncı oğlu olan Şeyx Nəvaf 25 iyun 1937-ci ildə Küveyt şəhərində anadan olub.
Azpost.info