Fələstin-İsrail münaqişəsi kəskinləşməyə başlayandan Qəzza zolağında BMT-nin ən azı 136 əməkdaşı həlak olub.
Azpost.info xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib.
O əlavə edib ki, təşkilatın əksər əməkdaşları evlərini tərk etmək məcburiyyətində qalıblar.
“Qəzzada 75 gündə 136 həmkarımız öldürülüb. Biz BMT tarixində belə bir şey görməmişik. Əməkdaşlarımızın çoxu evlərini tərk etmək məcburiyyətində qalıb”, – Baş katib qeyd edib.
Azpost.info