“Bu müharibəni Ukrayna xalqının əli ilə ABŞ və müttəfiqləri aparır”- Gerasimov

Rusiyanın Ukraynaya müdaxiləsi ABŞ və müttəfiqlərinin Moskvaya qarşı başlatdığı hibrid müharibədir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

“Həm regional, həm də qlobal səviyyədə hərbi-siyasi vəziyyətin formalaşmasında əsas amil ABŞ və onun müttəfiqlərinin Rusiyaya qarşı hibrid müharibə şəklində baş verən Ukrayna böhranıdır. Bu müharibə Ukrayna xalqının əli ilə aparılır”, – Gerasimov bildirib.

Gerasimov Qərb hökumətlərini qarşılıqlı təhlükəsizlik haqqında saziş bağlamaqdan imtina etməkdə, Kiyevi silahla təmin etməkdə və Ukrayna Silahlı Qüvvələrini Donbasdakı münaqişəni zorla həll etməyə və Krım yarımadasını işğal etməyə çağırmaqda ittiham edib. O bu baxımdan Rusiyanın xüsusi hərbi əməliyyat keçirməyə məcbur olduğunu vurğulayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.