Son həftələrdə Rusiya ordusu Ukraynanın şərq cəbhəsində təşəbbüsü ələ keçirərək müəyyən irəliləyiş əldə edib.
Azpost.info xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Nəşr Rusiya qoşunlarının əsas nöqtələrə, o cümlədən Donetsk vilayətindəki Avdievkaya yaxınlaşdığını bildirib.
“Rusiyanın Avdiyevka yaxınlığında irəliləməsi strateji əhəmiyyətli hesab edilir, çünki şəhər müqavimət simvolu və Donbasda Ukrayna müdafiəsinin əsas elementidir. 2014-cü ildə Rusiyanın dəstəklədiyi separatçılar onu ələ keçirməyə cəhd ediblər. Ukrayna hakimiyyəti Rusiyanın hərbi irəliləyişlərinə cavab olaraq 500 minə qədər əsgəri səfərbər etməyi düşünür”, – qəzet qeyd edir.
Azpost.info