Müxalifət Belqradda dövlət idarəsinə hucum edib –Polis aksiyanı dağıdıb

Dekabrın 18-də etiraz aksiyalarına başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına basqın etməyə çalışıb.

Serb müxalifətçiləri Belqrad şəhər administrasiyasına basqın ediblər.

Etirazçılar şəhər administrasiyasının qapılarını sındırmağa cəhd edib, məşəl yandırıblar.

“Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir”- deyə Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa təcili müraciəti zamanı deyib.

“Serbiya vətəndaşları, sizə demək istəyirəm ki, vəziyyət dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün çalışırıq”, – deyə prezident vurğulayıb.

Serbiya prezidenti Aleksandar Vuçiç Belqradın mərkəzində baş verən iğtişaşlarla əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Polis artıq etirazçıları dağıdıb.

İki polis əməkdaşı yaralanıb, hucumda iştirak edən 35 nəfər saxlanılıb.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.