“Rusiyanın aqressiv siyasəti təkcə Ukraynanı deyil, bütün Avropanı təhdid edir”.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.
“Biz sürətlə kursumuzu dəyişməsək, bütün imkanları səfərbər etməsək, Aİ-nin mövcudluğu sual altında qalacaq”, – Borrel deyib.
O qeyd edib ki, Putin öz ordusunun potensialını və Ukrayna müqavimətinin imkanlarını qiymətləndirməkdə səhv edib: “O, həmçinin Avropa İttifaqı və NATO ölkələrindən belə reaksiya gözləmirdi. Lakin Putin hələ də döyüşməyə hazırdır. Çünki geriyə yolu yoxdur”.
Azpost.info