Azərbaycan hərbçiləri Qazaxıstanda hərbi təlim keçəcək

Qazaxıstanda bu il keçiriləcək irimiqyaslı hərbi təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edəcək.

Bu barədə Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin olunması məqsədilə qardaş ölkələrin xalqları və silahlı qüvvələr arasındas dostluq əlaqələrinin qorunub saxlanılması son dərəcə mühümdür.

Nazir qeyd edib ki, 2024-cü ildə Qazaxıstanda keçiriləcək hərbi təlimlərdə Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi kontingenti iştirak edəcək(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.