Əfsanəvi alman pilotu Mixael Şumaxer qızı Gina Marianın toy mərasimində iştirak edə bilər.
Azpost.info bildirir bu barədə “Corriere della Sera” qəzeti xəbər verir.
Mənbənin sözlərinə görə, Gina Maria 2024-cü ilin yayında seçimi Yan Betke ilə evlənəcək. Mərasim Mayorkada (İspaniya) keçiriləcək. Bu Şumaxerin 2013-cü ildə zədələndikdən sonra iştirak edəcəyi ilk tədbir olacaq.
Ehtimal olunur ki, Mayorkada Şumaxer ailəsinin malikanəsində toy təyin edilməsi əfsanəvi yarışçının mərasimdə iştirakı deməkdir. Bir çox KİV-in məlumatına görə, Mixael orada yaşayır.
Kənar şəxslərin iştirakının qarşısını almaq üçün tədbirdə ciddi təhlükəsizlik tədbirləri görüləcəyi bildirilir.
Xatırladaq ki, 2013-cü ildə Şumaxer xizək sürərkən ağır kəllə-beyin travması alıb. On ildən artıqdır müalicə alır.
Azpost.info