Belarus nüvə silahından istifadəyə “yaşıl işıq” yandırır

Belarus hökuməti nüvə silahının istifadəsini ölkənin yeni hərbi doktrina layihəsinə daxil edib.

Azpost.info xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Hesabata görə, söhbət Rusiya tərəfinin Minskə ötürdüyü silahlardan gedir. Mütəxəssislər bildirir ki, bu günə qədər nüvə silahından istifadənin konkret şərtləri naməlum olaraq qalır.

“Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, ölkənin yeni hərbi doktrina layihəsində ilk dəfə olaraq onun ərazisində yerləşdirilmiş Rusiyanın taktiki nüvə silahlarından istifadə nəzərə alınır”, – hesabatda deyilir.

Analitiklər Belarusun hərbi doktrinasındakı dəyişikliyin Rusiya ordusunun həyata keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqəsi olduğuna da şübhə edirdilər. Onların sözlərinə görə, Minskin münaqişənin nüvə eskalasiyasına can atdığına dair heç bir əlamət aşkar edilməyib. Ehtimal olunur ki, yeni bənd nüvə silahının alınması faktını sənədləşdirmək üçün tətbiq edilir.

Azpost.info

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.