Jurnalist Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.
Azpost.info bildirir ki, bu barədə jurnalist Rey Kərimoğlu bildirib. Dəfndə Azərbaycan Mətbuat Şurasının, MEDİA Agentliyinin nümayəndələri, həmkarlar iştirak edib.
2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlanıb.
Aparılan müalicələrə baxmayaraq sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.
Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilmişdi.
Allah rəhmət eləsin!
**
Ucar rayonunda jurnalist Səbuhi Məmmədli ilə vida mərasimi keçirilir.
Azpost.info bildirir ki, dəfnə jurnalist həmkarları, dostları qatılıb.
S.Məmmədli uzun sürən xəstəlikdən sonra dünən 54 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


