Ruslar “yastıq altında” 100 milayrd dollar saxlayır- Mərkəzi Bank hesablayıb

Banklara etibar etmədikləri üçün rusların əlində əhəmiyyətli miqdarda xarici valyuta toplanıb.

Azpost.info xəbər verir ki, “Kommersant”ın yazdığına görə, 2023-cü il dekabrın 1-nə əhalinin əlində 8,6 trilyon rubl və ya Mərkəzi Bankın məzənnəsi ilə 96,8 milyard dollar xarici valyuta var.

Təkcə noyabr ayında əldəki valyutanın həcmi 82,8 milyard rubl artıb ki, bu da Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiq olunduğu 2022-ci ilin martından bəri maksimum aylıq artım olub.

Eyni zamanda, ilin əvvəlində rusların 6,9 trilyon rubl dəyərində xarici valyutası olub ki, bu da 97,6 milyard dollara bərabərdir.

Həmçinin, dekabrın əvvəlinə rusların xaricdəki banklardakı əmanətlərinin həcmi artaraq 74 milyard dollara çatıb.

Rusiya hakimiyyəti büdcə kəsiri və artan müharibə xərcləri fonunda rusların əmanətlərinə çıxış yolunu axtarır. Maliyyə naziri Anton Siluanov dekabrın sonunda bildirib ki, rusların banklardakı əmanətlərinin həcmi 40 trilyon rubldan çoxdur. Onun sözlərinə görə, hakimiyyət bu vəsaitdən maliyyə suverenliyini təmin etmək, maliyyə bazarının sabitliyini qorumaq və iqtisadi inkişafa nail olmaq üçün istifadə etməyi planlaşdırır.

Azpost.info

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.