Sabah hava necə olacaq?- PROQNOZ

Yanvarın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8°, gündüz 12-17° olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5°, gündüz 12-17°, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.