“Kəpəz” Qəbələdə “Turan Tovuz”u məğlub edib

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu baş tutub.

Günün son matçında “Kəpəz” Qəbələ şəhər stadionunda “Turan Tovuz”u qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 4-cü dəqiqədə qonaqların heyətində Ayxan Quseynov açıb. Gəncə təmsilçisi 25-ci dəqiqədə Şakir Seyidovla tablodakı rəqəmləri bərabərləşdirib. Oyunda yekun hesabı Martins Junior müəyyənləşdirib.

Günün əvvəlki matçında “Səbail” və “Zirə” qolsuz heç-heçə edib.

Qeyd edək ki, turun açılış oyununda “Sabah” və “Neftçi” qolsuz sülhə razılaşıb. Tura yanvarın 23-də keçiriləcək “Qəbələ” – “Sumqayıt”, “Qarabağ” – “Araz-Naxçıvan” matçları ilə yekun vurulacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.