Manuel Noyer 2010-cu illərin ən yaxşı qapıçısı seçilib

Dünyanın nüfuzlu “FourFourTwo” nəşri 2010-cu illərin ən yaxşı qapıçılarının adlarını açıqlayıb.

Siyahının ilk pilləsində Almaniya millisinin və “Bavariya”nın qolkiperi Manuel Noyer qərarlaşıb.

İtaliya yığmasının və “Yuventus”un sabiq qapıçısı Canluici Buffon ikinci, İspaniyanın “Atletiko” (Madrid) komandasının sloveniyalı oyunçusu Yan Oblak isə üçüncü sırada yer alıb(azərtac).

2010-cu illərin ən yaxşı qapıçıları:

1. Manuel Noyer (Almaniya)

2. Canluici Buffon (İtaliya)

3. Yan Oblak ( Sloveniya)

4. İker Kasilyas (İspaniya)

5. Mark-Andre ter Ştegen (Almaniya)

6. Tibo Kurtua (Belçika)

7. David de Xea (İspaniya)

8. Petr Çex (Çexiya)

9. Samir Handanoviç (Sloveniya)

10. Keylor Navas (Kosta Rika)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.