Benzema “Əl-İttihad”dan ayrılacağı ilə bağlı yayılan xəbəri təkzib edib

“Əl-İttihad”hücumçusu Kərim Benzema Səudiyyə klubundan müvəqqəti ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Bu, tamamilə yalandır! Fransa mediası artıq bilmir, necə yalanlar uydursun. Nə qədər çox olsa, bir o qədər yaxşıdır”-deyə idman nəşri L’Equipe Benzemadan sitat gətirir.

Əvvəllər bildirilirdi ki, Benzema Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinə komandanı müvəqqəti tərk etməli olduğu barədə xəbərdarlıq edib. Mətbuatda 36 yaşlı fransalının bütün turnirlərdə 20 matçda 12 qol vurmasına baxmayaraq, Səudiyyə Ərəbistanında karyerasının gedişatından narazı olduğu haqda xəbərlər yayılıb.

Kərim Benzema 2023-cü ilin yayında “Əl İttihad”a keçib. O, Fransa millisi ilə Dünya Kubokunun gümüş mükafatçısı, həmçinin 2022-ci ilin “Qızıl top”un sahibidir. 2009-2023-cü illərdə Benzema “Real Madrid”də çıxış edib. Komanda ilə o, dördqat İspaniya çempionu və beş dəfə Çempionlar Liqasının qalibi olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.