İran Rusiyaya iki ölkənin alimləri üçün vizaların ləğvini təklif edib.
Azpost.info xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfirliyinin müşaviri Hadi Qudarzi bildirib.
Onun sözlərinə görə, təşəbbüs artıq Moskvaya təqdim olunub və rus diplomatları ilə müzakirə olunacaq.
“Əvvəlcə universitet işçiləri olan alimlər, professorların Rusiya və İrana səyahət edə bilmələri üçün vizasız rejim tətbiq etmək olar”, – səfir deyib.
Azpost.info