Azərbaycanda Ermənistanın dağ-mədən xəritəsi hazırlanır.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kartoqraflar İctimai Birliyinin sədri Müqabil Bayramov deyib.
O bildirib ki, xəritənin 40%-i hazırdır:
“Xəritə iki formatda hazırlanır. Bu xəritələr vasitəsilə bilmək olacaq ki, Ermənistanın harada faydalı qazıntıları var. Xəritədə Ermənistanın Azərbaycanla sərhəddində olan dağ-mədən sənayesinin yerləşdiyi yerləri deyil, bütün Ermənistanı ərazisini əhatə edəcək. Eyni zamanda, xəritədə ekoloji məlumatlar da yerləşdiriləcək. Hansı çaylar hansı maddələrlə çirkləndirilir və hara axıdılır. Xəritənin təqdimatı dörd aydan sonra planlaşdırılır. Xəritə Azərbaycan, ingilis və erməni dilində olacaq.”
Müqabil Bayramov bildirib ki, xəritə Azərbaycan toponimləri ilə hazırlanacaq:
“Biz bu xəritələri ölkəmizdə keçiriləcək COP29 tədbirinin iştirakçılarına paylamağı da düşünürük”(apa).