Formula 1 Yaponiya Qran-Prisi ilə müqavilənin müddətini uzadıb.
Tərəflər arasında 5 illik yeni sözləşmə imzalanıb.
Anlaşmaya əsasən, Suzuka trası 2029-cu ilədək Qran-Priyə ev sahibliyi edəcək.
Qeyd edək ki, ötən il Yaponiya Qran-Prisinin qalibi “Red Bull” pilotu Maks Ferstappen olub(azərtac).